Qapıçı dirəklə toqquşdu - video


İdman 08 Okt 2018 14:22:00 316 0

Qapıçı dirəklə toqquşdu - video

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Sporting-in qapıçısı Romen Salen zədələnib.

Goal.az xəbər verir ki, qolkiper Portuqaliya Primeyrasının VII turunda Portimonensi ilə səfər oyununun 45-ci dəqiqəsində başından zərbə alıb. Salen qapıya gələn topu dəf etmək istəyərkən dirəklə toqquşaraq meydanı xərəkdə tərk edib. 

Oyundan birbaşa xəstəxanaya aparılan qapıçı gecəni həkim nəzarəti altında keçirib. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, oyun Sporting-in məğlubiyyəti ilə yekunlaşıb – 4:2.