Orxanın anası Əli Mirəliyevi hədələdi: “Sus, elə eləmə ki, səni…”


Şou-biznes 08 Okt 2018 14:10:00 254 0

Orxanın anası Əli Mirəliyevi hədələdi: “Sus, elə eləmə ki, səni…”

Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun doğma anası Lalə xanımla müğənni Əli Mirəliyev arasında qalmaqal yaşanıb.

Buna səbəb müğənninin Orxan barəsində söylədiyi "Ona-buna atıb" sözləri olub.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Lalə xanım Ə.Mirəliyevi susdurub:

"Əli kimdir axı, mənim ailə işlərimə qarışır? O, sadəcə, dayım qızının həyat yoldaşıdır. Heç kim ona ixtiyar verməyib ki, insanların həyatına müdaxilə etsin, ağzına gələni danışsın. Buradan ona səslənirəm, "Əli, sus, elə eləmə ki, səninlə başqa cür danışım".