Karateçilərimiz Tokioda beynəlxalq turnirdə iştirak edəcək


Digərləri 08 Okt 2018 13:45:38 208 0

Karateçilərimiz Tokioda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan milli komandası Yaponiyanın paytaxtı Tokioya, Karate1 Premyer Liqa turnirinə yola düşür.

Bakı. Azərbaycan milli komandası Yaponiyanın paytaxtı Tokioya, Karate1 Premyer Liqa turnirinə yola düşür. Dünya Karate Federasiyasının (WKF) ən nufuzlu turnirində 12 idmançı iştirak edəcək. Trend-in məlumatına görə, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi inzibati heyətdə vitse-prezident Rəhman Hətəmov, Baş katib Mir Həsən Seyidov, Baş hakim və beynəlxalq hakim Cahangir Babayev, eləcə də Vüqar Kərimov və Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov yer alıb.