Renka: "Mənim gücüm 100 manata çatdı"


Şou-biznes 08 Okt 2018 13:29:00 362 0

Renka: "Mənim gücüm 100 manata çatdı"

Rəqqasə Renka "Toppuş bacı" kimi tanınan əməkdar artist Tünzalə Əliyevanın ətrafında baş verən söz-söhbətdən də danışıb.

Son.az  müsavat.com-a istinadən bildirir ki, rəqqasə deyib ki, məşhurların etdikləri maddi yardıma görə qınanması düz deyil:

"Allah ona şəfa versin. Gözəl aktrisadır. Xəstəxanada olanda ona baş çəkmişəm. Ətrafında baş verənlərlə maraqlanmamışam. Bəzən "İnstagram"da qarşıma videolar çıxır, baxıram. Ən çox müzakirə olunan məsələ məşhurların verdiyi pulun miqdarının açıqlanması idi. Məncə, sakitcə Tünzalə xanıma verilsəydi, daha yaxşı olardı. Sadəcə olaraq, sənətçilərin birliyini göstərmək istədilər. O da səhv başa düşüldü. Biz nə etsək də qınanılırıq. 1000 manat da, 10 min manat da versək, qınayacaqlar ki, gərək artıq verərdi. Mənim gücüm 100 manata çatdı, o qədər verdim".