Cinsi gücü artıran idman hərəkətləri FOTO


Digərləri 08 Okt 2018 12:57:00 2281 0

Cinsi gücü artıran idman hərəkətləri  FOTO

İdman etməyin cinsi gücə həm müsbət, həm də mənfi təsirləri var.

Son.az Muscle boost Baku-ya istinadla xəbər verir ki, bu, idmanın təsiri ilə bədəndə testosteron hormonunun artıb, azalması ilə bağlıdır.

Testosteron kişilər üçün ən vacib hormondur. Bu hormon vasitəsi ilə oğlan, kişiyə çevrilir - səsi qalınlaşır, tüklənir, əzələ kütləsi artır, aqressivləşir.

Testosteron qadınlarda da var. Lakin çox az miqdardadır. Bu səbəbdən də qadın, stereoid qəbul etmədiyi müddətdə, nə qədər məşq eləsə də, əzələli bədənə sahib ola bilmir.

Bu hormon cinsi güclə düz mütənasibdir. Belə ki, bədəndə testosteron miqdarı normal olduqda cinsi gücü də yüksək olur. Yaş artıdca isə, həm testosteron, həm də cinsi güc azalır.

Lakin istənilən yaşda bunu idman vasistəsi ilə tənzimləmək mümkündür. Bəzi idman hərəkətləri testosteronu, dolaysıyla cinsi gücü artırır, bəziləri isə azaldır.

Cinsi gücü və testosteronu artırmaq üçün hərəkətlər və qaydalar:

Turnik, Jim, Paralel qol, ağırlıqqaldırma