Lənkərandan Bakıya gələrkən aşan avtobusda xəsarət alanların ADLARI məlum oldu


Digərləri 08 Okt 2018 12:56:00 281 1

Lənkərandan Bakıya gələrkən aşan avtobusda xəsarət alanların ADLARI məlum oldu

Lənkəran rayonundan Bakıya gələrkən paytaxtın Qaradağ rayonu ərazisində qəzaya uğrayan mikroavtobusda xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub.

Bakı. Samir Əli - Lənkəran rayonundan Bakıya gələrkən paytaxtın Qaradağ rayonu ərazisində qəzaya uğrayan mikroavtobusda xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub. Trend-in məlumatına görə. hadisə nəticəsində 5 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həmin şəxslər - 1970-ci il təvəllüdlü Quliyeva Vəsilə Gülağa qızı, 1961-ci il təvəllüdlü Fərziyev Möhtərəm Əliheydər qızı, 1966-cı il təvəllüdlü Zəkiyrev Hüseynağa Xəzər oğlu, 2004-cü il təvəllüdlü Kazımov Davud İxtiyar oğlu və 1965-ci il təvəllüdlü Salayeva Qəmər Davud qızıdır.