Vətəndaşın 100 min manatlıq torpaq sahəsini mənimsəyən şəxsə hökm oxundu


Digərləri 08 Okt 2018 12:39:30 224 1

Vətəndaşın 100 min manatlıq torpaq sahəsini mənimsəyən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu yolu 103 min manatı mənimsəməkdə təqsirləndirilən Elnur Sarıyevin cinayət işi məhkəmə prosesi yekunlaşıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu yolu 103 min manatı mənimsəməkdə təqsirləndirilən Elnur Sarıyevin cinayət işi məhkəmə prosesi yekunlaşıb. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Sarıyev 8 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, E.Sarıyev Bakı şəhər sakini Vüsal Quliyevə Nərimanov rayonunda yerləşən 0.044 hektar torpaq sahəsini satmaq adı ilə onun mülkiyyətində olan Qəbələ rayonu Vəndam kəndində dəyəri 100 min manat dəyərində olan 1.5 hektar torpaq sahəsini ələ keçirib.