Məşhur stilistdən kişilərə: "Kişi adam qaşını almaz"


Digərləri 08 Okt 2018 12:03:00 252 0

Məşhur stilistdən kişilərə: "Kişi adam qaşını almaz"

Məşhurların stilisti Kamal Doğulu qaşını aldıran kişilərə irad bildirib.

Son.az publika-ya istinadən xəbər verir ki, stilist dünən alış-veriş mərkəzində pərəstişkarları ilə görüşüb. Xüsusilə gənclərə bədənlərini tanımağı məsləhət görən K.Doğulu "Kişi adam qaşını almaz, üzünə nəmləndirici krem sürtməz" deyərək bir çox məşhura söz atıb.

Daha sonra o, "Aleynanın xəstəsiyəm. Rahat buraxın bu qızı" deyə əlavə edib.

Doğulu seksual libasları ilə tez-tez gündəmə gələn Hadisə haqqında bunları deyib: "Hadisə fərqlidir. Demək ki, özünü o kostyumlar içində yaxşı hiss edir. Məncə, səhnə üçün gözəl geyinir. Səhnə kostyumlarını bəyənirəm".