Jurnalisti zorlayıb öldürdülər


Dünya 08 Okt 2018 10:58:05 232 0

Jurnalisti zorlayıb öldürdülər

Bolqarıstanda TVN telekanalının inzibati direktoru və aparıcısı, 30 yaşlı jurnalist Viktoriya Marinova qətlə yetirilib.

Milli. Az European-a istinadən bildirir ki, cəsədi Rusa şəhərindəki parkda tapılmış telejurnalist öldürülməzdən əvvəl vəhşicəsinə döyülüb və zorlanıb.

Bolqarıstanın baş naziri Boyko Borisov istintaqın uğurla başa çatacağına və cinayətkarın yaxalanacağına ümid etdiyini vurğulayıb.

V.Marinovanın çalışdığı telekanalın əməkdaşlarının dediklərinə görə, nə mərhum jurnalist, nə də onlar hədələr və təhdidlər almamışdılar.

Viktoriya Marinova bu yaxınlarda "Detektor" adlı tok-şou hazırlamışdı. Proqramın ilk buraxılışı Avropa Birliyindən alınan pulların mənimsənilməsinə və yüksək çinli məmurların korrupsiyasına həsr olunmuşdu.


Xəbərə aid fotolar