Sabirabadda təbiətə 6 min manatdan artıq ziyan vuran şəxs barəsində tədbir görüləcək


Digərləri 08 Okt 2018 10:21:00 231 0

Sabirabadda təbiətə 6 min manatdan artıq ziyan vuran şəxs barəsində tədbir görüləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Sabirabad rayon Salmanlı kəndi ərazisində yaş köküstə 83 ədəd yulğun kolunun kökündən çıxarıldığını aşkar ediblər.

Bakı. Elçin Mehdiyev - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Sabirabad rayon Salmanlı kəndi ərazisində yaş köküstə 83 ədəd yulğun kolunun kökündən çıxarıldığını aşkar ediblər. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı yulğun kollarının Salyan rayon Yuxarı Noxudlu kənd sakini Vaqif Babayev tərəfindən çıxarıldığı məlum olub.