Kafedə "cin" peyda olub? Oğlanı gözləri ilə qaldırıb, yerə çırpdı VİDEO FOTO


Digərləri 08 Okt 2018 10:14:00 267 0

Kafedə "cin" peyda olub?  Oğlanı gözləri ilə qaldırıb, yerə çırpdı  VİDEO  FOTO

The Sacred Rianna (müqəddəs Rianna) adı ilə tanınan Marie Antoinette Riana Graharani indoneziyalı qızın məşhur olmazdan əvvəl çəkilən qorxulu videosu yayılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Riannanın 2011-ci ildə çəkilən görüntüləri yayılıb. Kadrlar kafenin təhlükəsizlik kamerasına düşüb. Videoda onun əl hərəkətləri ilə digər masadakı bakalı hərəkət etdirib, oğlanı baxışları ilə qaldırıb, yerə çırpması əksini tapıb.

Asiyada bacarıq müsabiqəsi olan "Asia's Got Talent"a qatılan Rianna münsifləri və tamaşaçıları qorxuya salıb. Onun çəkdiyi fotoda ölən adamın ruhu peyda olub, səhnəyə gətirdiyi kiçik qutudan 4-5 nəfər adam çıxıb. Rianna qeyri-adi bacarığı ilə "Asia's Got Talent"ın qalibi olub.

O, sonradan "America's Got Talent"a qatılsa da 4-də bir finaldan keçə bilməyib. ABŞ-lı tamaşaçılar onun performansını çox qorxulu hesab etdiklərinə görə Riannanı müsabiqədən uzaqlaşdırıblar.