Floridada fövqəladə vəziyyət elan olundu


Dünya 08 Okt 2018 09:07:00 263 0

Floridada fövqəladə vəziyyət elan olundu

ABŞ-ın Florida ştatının rəhbərliyi "Maykl" qasırğası səbəbindən 67 dairədən 26-da fövqəladə vəziyyət rejimi elan edib.

Son.az report-a istinadən bildirir ki, bu barədə regionun qubernatoru Rik Skottun saytında məlumat yerləşdirilib.

Bildirilir ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə yardım göstərmək üçün ABŞ Milli Qvardiyasının 500 üzvü hazırlıq vəziyyətinə gətirilib.