Arıları öldürən bağban 1 il müddətinə həbs olunub


Digərləri 08 Okt 2018 08:33:00 288 0

Arıları öldürən bağban 1 il müddətinə həbs olunub

Avstriyanın Klaqenfurt şəhərindən olan bağban arıları qəsdən öldürdüyünə görə, 20 min avro cərimə olunmaqla 1 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə cümə günü "Euro-pulse" nəşri yazıb.

Bildirilir ki, 47 yaşlı kişi öz meyvə plantasiyasına pestisid xlorpirifos vurub. Nəticədə bölgənin arıçılarına məxsus 50 koloniyadan olan arıların ölümünə səbəb olub.