2 otaqlı mənzildə yanğın olub


Digərləri 08 Okt 2018 08:12:00 238 0

2 otaqlı mənzildə yanğın olub

Bakı şəhərində yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 56 m² olan 2 otaqlı mənzilin mətbəxinin, dəhlizinin, hamam otağının yanar konstruksiyaları və ev əşyaları 22 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.