RF nazir müavini: Azərbaycan və Rusiya Xəzərdə dəniz turizminin inkişafı üçün birgə layihə hazırlayırlar (ÖZƏL)


Digərləri 08 Okt 2018 07:45:00 230 0

RF nazir müavini: Azərbaycan və Rusiya Xəzərdə dəniz turizminin inkişafı üçün birgə layihə hazırlayırlar (ÖZƏL)

Azərbaycan və Rusiya Xəzərdə dəniz turizminin inkişafı üçün birgə layihə hazırlayırlar.

Bakı. Mətanət Nəsibova - Rusiya və Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar. Bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib. Nazir müavini bildirib ki, bu, hələ analoqu olmayan unikal layihə olacaq: "Hesab edirik ki, bu layihənin reallaşması qarşılıqlı fayda verəcək və iki ölkə arasında davamlı və səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacaq. Layihəyə iqtisadi baxımdan tələbat var, belə ki, bu, Xəzəryanı ölkələr arasında mədəni-regional əlaqələrin inkişafına xidmət edəcək. İlkin marşrutların coğrafiyası layihəyə cəlb olunmuş turoperatorlardan asılı olacaq. Həmin marşrutlar fərqli, yəni qısa, uzun ola bilər, idealda isə bütün Xəzəryanı ölkələri əhatə edəcək dəniz üzrə dairəvi marşrut ola bilər".