Tarixin həm ən balaca, həm ən hündür adamı


Digərləri 08 Okt 2018 04:30:00 301 0

Tarixin həm ən balaca, həm ən hündür adamı

Avstriyalı Adam Rayner tarixdə yeganə adamdır ki, uşaq vaxtı cırtdan, böyük yaşlarda isə nəhəng olub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, 1899-cu ildə anadan olan Rayner 1950-ci ildə dünyasını dəyişib. Onun həyatı barədə çox az məlumat var.

Onun valideynləri normal insanlar olublar. 15 yaşı olanda isə Adamın boyu 131 sm olub. Bununla yanaşı, Rayner patriot olub. 1914-cü ildə birinci dünya müharibəsi başlayanda müharibəyə getmək istəsə də, boyuna görə onu cəbhəyə yollamayıblar. Bir il sonra Adam yenidən cəbhəyə getmək üçün cəhd etdi. Amma ona yenə də yox cavabı verdilər. 19 yaşlı olanda Adamın boyu cəmi 142 sm idi. Uşaqlıq dövründə də o, qeyri-adi cırtdan idi. Bədəni qısa olsa da, uzun əlləri və iri ayaqları var idi. 19 yaşı olanda isə 43 ölçülü ayaqqabı geynirdi. Onun ayaqları isə uzanmağa davam edirdi.

Adamın 26 yaşı olanda sürətlə boy atdı. 1931-ci ildə onun boyu 218 sm idi. Rəsmi olaraq nəhəng diaqnozu qoyuldu. Həkimlər onunla maraqlanmağa başladılar və gənci tədqiq etdilər.


Xəbərə aid fotolar