"Toppuş bacı"nın ipoteka məsələsi, min hoqqadan çıxan ərlilər, aktrisa Zümrüdə 5 min və Ağasəlimi diriltmək


Şou-biznes 08 Okt 2018 01:30:00 271 0

"Toppuş bacı"nın ipoteka məsələsi, min hoqqadan çıxan ərlilər, aktrisa Zümrüdə 5 min və Ağasəlimi diriltmək

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (192-ci say) təqdim edir.

"Toppuş bacı"nın ipoteka məsələsi bitmir ki, bitmir. İndi də xalq artisti Arif Quliyev şirkətləri gəzərək aktrisa üçün pul yığır. Amma indi oxudum ki, saytlara açıqlamasında bu addımını təkzib edib. Eybi yox, həmin şirkətin kameralarındakı görüntülər açıqlananda da başqa bir "don" tapar. Söhbətə geyindirmək üçün...

Hə, bu arada Tünzalə bir aparıcının ona göndərdiyi min manatdan imtina edib. Deyib ki, ona göndərdiyi pula halallıq verən insanların aldığı evdə böyütmək istəyir balasını. Allah övladını saxlasın, Tünzalə. Ancaq hələ də mənə qaranlıqdır ki, əgər uşağa da sən baxacaqdınsa, ipotekanı da özün ödəyəcəkdinsə, ərə niyə gedirdin? Niyə də, niyə? Səbəb?

Aparıcı Elçin Əlibəyli aşıq Samirə Əliyeva haqda qalmaqallı açıqlamayla çıxış edib. Deyib ki, verilişində aşıq Samirəyə səsləndirdiyi sual və onun cavab verə bilməməsi montaj olunaraq, çıxarılıb. Bu çox pisdir. Amma Elçin Əlibəylinin özünün etdikləri Samirənin montaj olunaraq çıxarılan cavabsızlığından betərdir. Elçindən sitat:

"Görün bir müğənni telekanala necə təzyiq edə bilir! Montaj olunsa da, fikrimi burada deyirəm. Monoqrafiya sözünün mənasını bilməyən Samirəni alim edənlər əməllərindən utansınlar!"