Nizami Gəncəvi ilə bağlı MARAQLI FAKT


Digərləri 07 Okt 2018 23:52:00 471 0

Nizami Gəncəvi ilə bağlı MARAQLI FAKT

Bu günlərdə sosial şəbəkələrdə yayımlanan "Nizaminin Azərbaycana aidiyyəti yoxdur" kimi absurd düşüncələrə cavab olaraq bildirim ki, hələ 80 il bundan əvvəl sabiq SSRİ Elmlər Akademiyasında ciddi tədqiqatlar aparılıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli deyib.

Onun sözlərinə görə, planetar miqyaslı mütəfəkkir, şair Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsinə hazırlıq işləri ilə bağlı respublikamızın Tarix, Dil və Ədəbiyyat İnstitutunun rəhbərliyi 1938-ci ilin sentyabr ayında EA Azərbaycan Filialı Rəyasət Heyətinə, eləcə də SSRİ Elmlər Akademiyasına rəsmi müraciət edib:

"SSRİ EA akademik katibliyinin sorğusuna cavab olaraq, professor Yevgeni Eduardoviç Bertels Nizami Gəncəvinin kimliyi haqqında yığcam arayış hazırlamışdı. İlk dəfə yayımlanan və Rusiya EA Arxivindən əldə etdiyim həmin arayışı oxuculara təqdim edirəm:

"Nizami - Nizaməddin İlyas ibn-Yusif 1140/1141-ci illərdə Gəncədə (əvvəlki Yelizavetpol, indiki Kirovabadda) doğulmuş, bütün ömrünü orada yaşamış və 1202/1203-cü ildə (1209-cu il - A.R.) elə orada da dəfn edilib. Onun məzarı indi də məşhurdur, amma göründüyü kimi, tənəzzülə uğrayıb.