Avtomobil həvəskarlarından təqdirəlayiq addım 12 yaşlı Aydan üçün... VİDEO


Digərləri 07 Okt 2018 21:18:00 226 0

Avtomobil həvəskarlarından təqdirəlayiq addım  12 yaşlı Aydan üçün...  VİDEO

Bakıda avtomobil klublarının biri maraqlı layihə həyata keçirib.

Son.az bildirir ki, sosial şəbəkə üzərindən bir araya toplaşan klub üzvləri ayda bir dəfə görüşərək xeyriyyə aksiyasi təşkil edirlər. Onlar bir araya gələrək ehtiyacı olan insanlar üçün pul toplayırlar. Sonra da topladıqları vəsaiti həmin şəxsin ailəsinə təqdim edirlər.

Könüllü şəkildə edilən bu aksiyaya hər dəfə yeni-yeni insanlar qoşulur.

Görüşün sonunda isə toplanan vəsaitlər ehtiyacı olan insanlara çatdırılır. Bu dəfə yığılan məbləğ serebral iflic xəstəliyindən əziyyət çəkən 12 yaşlı Aydanın müalicəsi üçün onun ailəsinə verilib.