Londonda Leyla Əliyevanın ingilis dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabının təqdimatı keçirilib (FOTO)


Digərləri 07 Okt 2018 20:36:28 241 0

Londonda Leyla Əliyevanın ingilis dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabının təqdimatı keçirilib (FOTO)

Oktyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) şeirlər kitabı Londonda yerləşən Yunus Əmrə Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub

Bakı. Oktyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) şeirlər kitabı Londonda yerləşən Yunus Əmrə Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub. “Dünya yuxutək əriyir...” şeirlər kitabının “Ön söz”ünün müəllifi Azərbaycan Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuddur. Tədbiri giriş sözü ilə açan Avrasiya Mədəniyyət Qrupunun sədr müavini Mark (Marat) Axmedjanov qonaqları salamlayıb və kitab haqqında məlumat verib. Nəşrə daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçilər Karolina Valton və Anna Mariya Cekson çeviriblər.