Ukraynalı gimnast: Bakıda tamaşaçıların dəstəyi qorxu və həyəcanın öhdəsindən gəlməyə kömək edir


Digərləri 07 Okt 2018 20:27:52 259 0

Ukraynalı gimnast: Bakıda tamaşaçıların dəstəyi qorxu və həyəcanın öhdəsindən gəlməyə kömək edir

Bakıda tamaşaçılar çıxışdan öncə olan həyəcanın öhdəsindən gəlməyə kömək edirlər

Bakı. Cani Babayeva - Bakıda tamaşaçılar çıxışdan öncə olan həyəcanın öhdəsindən gəlməyə kömək edirlər. Bu barədə Trend-ə Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin iştirakçısı ukraynalı gimnast Olqa Serik deyib. O.Serik bildirib: "Zalda tamaşaçıların dəstəyi çıxışdan öncə olan həyəcan və qorxu hissinin öhdəsindən gəlməyə kömək edir və sakitləşdirir. Səhnədə birdən nəsə alınmayanda onlar ruhlandırırlar". İlk dəfə Bakıya gələn gənc gimnast şəhərdən çox xoşu gəldiyi vurğulayıb: "Bakıya gəldiyimiz ilk gün biz şəhərə baxdıq, şəhər - çox gözəldir. Milli Gimnastika Arenasıda mənim çox xoşuma gəlir, buranın zalı möhtəşəmdir".