Kombilərin qışa hazırlığı necə olmalıdır? Bəzi prosedurları etməklə qaza xeyli qənaət etmək olar VİDEO


Digərləri 07 Okt 2018 19:59:00 296 0

Kombilərin qışa hazırlığı necə olmalıdır?  Bəzi prosedurları etməklə qaza xeyli qənaət etmək olar  VİDEO

Havaların soyuması kombilərin qış rejiminə keçirilməsini zəruri edir. Mütəxəssislər isə kombinin qışa hazırlığını vacib sayır. Bunlardan ən vacibi sistemin yuyulmasıdır. Bu prosedur evinizin daha yaxşı qızmasına səbəb olmaqla yanaşı, qaza 25-30 faiz qənaət etməyə imkan verir. Üstəlik, bu presdur kombinin ömrünü də uzadır.

Son.az bildirir ki, kombini yumaqla qaza qənaət edə və daha tez qızmanı təmin etmək olar.

Xüsusi avadanlıq vasitəsi ilə kombinin sistemi bütünlüklə təzyiqlə yuylur və şəbəkədən qara rəngli su tökülür. Bu proses isə kombinin rahat işlməsinə və ən əsası qaza qənaət etməyə imkan verir.

Mütəxəssislər kombiləri qış rejiminə keçirməmişdən əvvəl bir neçə prosedura əməl etməyi məsləhət bilirlər və bunlardanda ən vacibi sistemin dərmanla yuyulmasıdır.