İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 1700ü keçib


Dünya 07 Okt 2018 18:59:00 322 0

İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 1700ü keçib

İndoneziyada sentyabrın 28-i baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1763-ə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İndoneziyanın Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi xəbər verir.

Bildirilir ki, 5 minə yaxın insan itkin düşüb və onları tapmaq hələdə mümkün olmayıb. İndoneziyanın xilasetmə xidmətləri axtarışları oktyabrın 11-i dayandıracaq.