Ən çox çörək yeyilən ölkələr


Digərləri 07 Okt 2018 18:32:00 281 0

Ən çox çörək yeyilən ölkələr

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 126,2 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 350 qram çörək yeyir.

Tədqiqatçıların bildirdiyinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir. 

Avropada çörəyin ən çox istifadə edildiyi ölkələrin siyahısına 1 vətəndaşı illik 104,3 kiloqram çörək yeməklə Türkiyə başçılıq edir. 2-ci yerdə adambaşına ildə 95,2 kiloqram çörək tükətməklə Bolqarıstan qərarlaşıb. 3-cü sırada ildə adambaşına 88,9 kiloqram çörək istehlakı ilə Ukraynadır. Yunanıstan illik adambaşına 68 kiloqram çörək tükətməklə 4-cü, Hollandiya 62,1 kiloqramla 5-ci, Fransa 57,1 kiloqramla 6-cı, Almaniya 55,7 kiloqramla 7-ci, Belçika 55, 3 kiloqramla 8-ci, Rusiya 54,8 kiloqramla 9-cu, İtaliya isə 52, 7 kiloqram çörək tükətməklə 10-cu yerdə qərarlaşıb.

Yuxarıda qeyd etdiyimiz statistikayla Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, bütün Avropa ölkələrini geridə qoyur.

Son.az bildirir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a azərbaycanlıların dünyada ən çox çörək yeyən xalqlar sırasında olduğunu təsdiqləyir:

"Mən bu yaxınlarda ən geridə qalmış ölkələrdə-Taylandda, İndoneziyada, Hindistanda olmuşam. Hansı ki, bu ölkələrdə insanlar hətta küçələrdə yatırlar. Amma orada insanalrın ac qalmamaq üçün çox çörək yediklərinə rast gəlməmişəm. Onlar qida rasionlarında düyüyə üstünlük verirlər".

E.Hüseynov azərbaycanlıların israfçı xalq olduğu qənaətindədir: