Ramos: "İndi hamı Ronaldo deyəcək"


İdman 07 Okt 2018 16:20:00 318 0

Ramos: "İndi hamı Ronaldo deyəcək"

Goal.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, son 4 oyundur qol vura bilməyən Madrid klubunun müdafiəçisi deyib: "İndi hər kəs Ronaldonun yoxluğu səbəbindən qol vura bilməyəcəyimizi deyəcək. Ancaq Ronaldo komandada olduğu vaxt da  belə zamanlarımız oldu. Əlbəttə, qollar vuracağıq. Hədəflərimiz üçün həmişə mübarizə aparacağıq".

Real-ın kapitanı Serxio Ramos La Liqanın 8-ci turunda Alaves-ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

S.Ramos təndiq edilən baş məşqçisi Xuan Lopeteqiyə də dəstək çıxıb: "Bəzən məşqçi dəyişdirmək yaxşıdır, bəzən yox. Hazırda bu dəyişikliyi etmək düzgün olmaz. Bir az səbir etmək lazımdır".