Bundesliqada istefa


İdman 07 Okt 2018 15:47:00 294 0

Bundesliqada istefa

Almaniyanın Shtuttgart klubu Bundesliqanın son turunda Hannover-ə məğlubiyyətdən sonra (1:3) baş məşqçi Tayfun Korkutla bağlı qərar verib.

Goal.az xəbər verir ki, klub rəhbərliyi uğursuz nəticələrə görə baş məşqçi Tayfun Korkut və köməkçiləri İliya Ararik, Steven Çerundolo ilə yollarını ayırdığını açıqlayıb.

Sttuttgart bu mövsüm Bundesliqada keçirdiyi 7 oyunda 1 qələbə qazana bilib, 4 oyunda məğlub olub, 2 heç-heçə edib.

Sttuttgart” bu ilin iyun ayında türk mütəxəssis və köməkçiləri ilə 2020-ci ilədək nəzərədə tutulmuş yeni müqavilə imzalamışdı.