BNAdan yağışlı hava şəraiti ilə əlaqədar


Digərləri 07 Okt 2018 15:12:00 280 0

BNAdan yağışlı hava şəraiti ilə əlaqədar

Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Son.az bildirir ki, BNA-dan Trend-ə verilən məlumata görə, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.