BNA-dan yağışlı hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ


Digərləri 07 Okt 2018 15:07:30 253 0

BNA-dan yağışlı hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

Bakı. Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. NA-dan Trend-ə verilən məlumata görə, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.