Rusiyalı məşqçi: Aerobika gimnastikası üzrə Azərbaycan yığmasını yüksək səviyyəli mütəxəssis çalışdırır


Digərləri 07 Okt 2018 14:40:00 273 0

Rusiyalı məşqçi: Aerobika gimnastikası üzrə Azərbaycan yığmasını yüksək səviyyəli mütəxəssis çalışdırır

Bakıda keçirilən aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi yarışlarında idmançılar üçün bütün şərait yaradılıb

Bakı. Cani Babayeva - Bakıda keçirilən aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi yarışlarında idmançılar üçün bütün şərait yaradılıb. Bu barədə Trend-ə Rusiya yığmasının məşqçisi Lyubov Matveyeva bildirib. L.Matveyeva deyib: "Yarışlar çox yaxşı təşkil olunub,zal gözəldir, belə şəraitdə çıxış etmək bizə xoşdur. Yarışlarda güclü idmançılar iştirak edir, gücümüzü sınamağa idmançılar var". Rusiyalı məşqçinin sözlərinə görə, Aerobika gimnastikası üzrə Azərbaycan yığmasını yüksək səviyyəli mütəxəssis çalışdırır: "Sizin yüksək səviyyəli mütəxəssisiviz var - Mariyan Kolev, o, Bolqarıstanda çalışıb, Vyetnam yığmasını çalışdırıb. Aerobika gimnastikasının inkişaf strategiyası düzgün hazırlanıb, idmançılara yaxşı baza, xoreoqrafiya hazırlığı verilir".