İstanbulda III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 07 Okt 2018 14:24:00 322 0

İstanbulda III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib (FOTO)

İstanbulda III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Bakı. İstanbulda III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına gör, Türk Dünyası Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə “Səkkiz ölkə, səkkiz şəhər!” devizi altında keçirilən festivalın münsiflər heyətinin sədri görkəmli Azərbaycan kinorejissoru Vaqif Mustafayevdir. Vaqif Mustafayevin sədrliyi ilə münsiflər heyətinin müəyyən etdiyi qaliblər elan olunub. Təşkilat komitəsinin məlumatına görə, festivala Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kino idarəsi və 11 universitet dəstək verib. Festivala, ümumilikdə, 8 ölkədən 140 film təqdim olunub. Finala 12 peşəkar, 12 tələbə tərəfindən çəkilmiş 24 film seçilib. Türk dünyasını təmsil edən görkəmli rejissorların, aktyorların, mədəniyyət xadimlərinin, ziyalıların iştirak etdikləri mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Türk Dünyası Qəzetçilər Federasiyasının sədri, festivalın təşkilat komitəsinin sədri Menderes Dəmir çıxış edib. Festivalın məqsəd və vəzifələrindən danışan M.Dəmir Vaqif Mustafayevin sədrlik etdiyi münsiflər heyətinin fəaliyyətini xüsusi qeyd edib. O deyib ki, qaliblərin seçilməsində peşəkarlıq və ədalətli yanaşma əsas meyar olub.