Juventus öz rekordunu yenilədi


İdman 07 Okt 2018 14:19:00 286 0

Juventus öz rekordunu yenilədi

İtaliya A seriyasının VIII turunda Udineze-nin qonağı olan Juventus uğurlu seriyanı davam etdirib.

Goal.az-ın məlumatına görə, Turin klubu bu turda da xal itirmədən yoluna davam etməyi bacarıb. Rodriqo Bentakur (33) və Kriştianu Ronaldonun (37) 5 dəqiqə ərzində vurduqları qollar sayəsində “qoca sinyora” 8-ci qələbəsini əldə edib – 2:0. Juventus bununla həm də öz rekordunu yeniləyib. Belə ki, komanda cari mövsüm ardıcıl 10-cu qələbəsini qazanaraq (A seriyası – 8, Çempionlar Liqası - 2), yeni rekorda imza atıb.