Baş nazirin kortejinin qarşısını belə kəsdilər


Dünya 07 Okt 2018 12:56:00 245 0

Baş nazirin kortejinin qarşısını belə kəsdilər

Dünən İsrailin baş naziri Binyamin Netanyahu seçki kampaniyasında partiyasının namizədinə dəstək vermək üçün paytaxtın Beyt Şan məhəlləsinə gedərkən insidentlə üzləşib. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bələdiyyə binasının yanından keçərkən təxminən 10 nəfər baş naziri görən kimi "korrupsioner" qışqırmağa başlayıblar. Etirazçılardan biri isə əlində İsrail bayrağı tutaraq Netanyahunun kortejinin qarşısını kəsib. 

Bunun ardınca baş nazirin mühafizəçisi onu yerə yıxaraq neytrallaşdırıb.

Etirazçı polis tərəfindən saxlanılıb.