"Araz" mübarizəni dayandırdı


İdman 07 Okt 2018 12:42:00 260 0

"Araz" mübarizəni dayandırdı

Goal.az-ın məlumatına görə, qrupdan çıxmaq şansını itirən təmsilçimiz formal xarakter daşıyan görüşdə Slovakiyanın “Luçeneç” klubu ilə qarşılaşıb və 2:5 hesabı ilə uduzub.

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən "Araz" bu gün əsas mərhələdə son oyununu keçirib.

Qeyd edək ki, bundan əvvəlki  iki oyunda "Vitis”ə (0:1) məğlub olub, “Valletta” ilə (1:1) heç-heçə edən komandamız  1 xalla qrupu 3-cü pillədə başa vurub və turnirdə mübarizəni dayandırıb.

"Araz" –  “Luçenec” (Slovakiya) - 2:5
Qollar:

 İsmayılov, 5 (1:0), Çovdarov, 6 (2:0), Qresko, 19 (2:1), Atill, 20 (2:2), Kamara, 30 (2:3), Atill, 34 (2:4), 36 (2:5)