Keçmiş həyat yoldaşı qadını küçədə qətlə yetirdi


Digərləri 07 Okt 2018 12:28:00 273 0

Keçmiş həyat yoldaşı qadını küçədə qətlə yetirdi

Bakı şəhərinin Suraxanı rayonunda qətl törədilib.

Son.az bildirir ki, dünən Qaraçuxur qəsəbəsi ərazisində küçədə naməlum şəxs qadına hücum edərək onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ətrafdakı şəxslər qadına kömək edə bilməyib və o, hadisə yerindəcə keçinib.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Onun həmin qadının keçmiş həyat yoldaşı olduğu üzə çıxıb.