"Seks, narkotiklər, 69". Ana 3 yaşlı qızı üçün gödəkçə aldı, üzərindəki yazılar onu şoka saldı


Digərləri 07 Okt 2018 10:53:00 682 0

"Seks, narkotiklər, 69". Ana 3 yaşlı qızı üçün gödəkçə aldı, üzərindəki yazılar onu şoka saldı

Londonlu 33 yaşlı Krişma Patel alış-veriş üçün qızı ilə ticarət mərkəzinə yola düşür.

Son.az The Sun-a istinadən xəbər verir ki, gənc ana orada uşağına yaraşan gözəl gödəkçəni bəyənir.

Krişma artıq "TK Maxx" mağazasının kassasının yanında dururdu, qəfil gözü gödəkçədəki yazılara sataşır. O, çox gözəl olan çəhrayı gödəkçənin astarında "seks" sözünü görür...

"İlk baxışda, bu, qış üçün mükəmməl xəz başlıqlı gözəl çəhrayı gödəkcə idi. Mən artıq pulu ödəyib, onu almağa hazırlaşırdım, lakin qəfil gördüyüm "seks" sözü məni təəccübləndirdi", - ana baş verənləri danışır.  

Heyrətlənmiş Krişma 3 yaşlı uşaqlar üçün olan gödəkçəni incələməyə başlayır və gözləri "kəlləsinə çıxır".

Gödəkçənin astarında tam bir "ədəbsizlik buketi" aşkar edir. Şəkillərin və naxışların arasında "Telefonla seks" "Seks, narkotiklər, hip-hop", "Pif-paf: və sən ölüsən" kimi əcaib ifadələrlə rastlaşır.

"Mən baxdım və seks, narkotiklər, silah haqqında xeyli söz var idi. Uşaq gödəkçələrində "Telefonla seks" və "69" yazıları sadəcə iyrəncdir. Mən dəhşət içində idim", - ana fikrini izah edir.


Xəbərə aid fotolar