Mourinyo: "Londona yağış da yağsa, günahkar mənəm"


İdman 07 Okt 2018 10:52:00 328 0

Mourinyo: "Londona yağış da yağsa, günahkar mənəm"

Manchester United klubunun baş məşqçisi Joze Mourinyu Premyer Liqanın 8-ci tur matçında evdə Newcastle üzərində qələbədən sonra ünvanına səsləndirilən tənqidə zarafatla cavab verib.

Goal.az "BBC"yə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis cavabında jurnalistlərin hər şeydə onu günahkar bilmələrinə eyham vurub.

"Bu gün mən Londona gedirəm. Əgər sabah paytaxta yağış yağsa, bu mənim üzümdən olacaq. Əgər "Brexit"lə bağlı nəsə bir problem yaransa, mən də günahkar olacağam", - deyə Mourinyu bildirib.

"Mançester Yunayted" hazırda 13 xalla ölkə çempionatının turnir cədvəlində 8-ci yeri tutur. Növbəti tur Jozenin komandası "Çelsi" ilə oynayacaq. Görüş oktyabrın 20-də Londonun "Stemford Bric" stadionunda keçiriləcək.