Millət vəkili: Zatulin erməni lobbisinin girovuna çevrilib və həmişə də ermənipərəst mövqeyi ilə fərqlənib


Digərləri 07 Okt 2018 10:00:00 250 0

Millət vəkili: Zatulin erməni lobbisinin girovuna çevrilib və həmişə də ermənipərəst mövqeyi ilə fərqlənib

Zatulin erməni lobbisinin girovuna çevrilib və həmişə də ermənipərəst mövqeyi ilə fərqlənib.

Bakı. Samir Əli - Rusiyada Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin kimi şəxslər erməni lobbisinin köləsinə çevrilməklə Azərbaycana qarşı kampaniya aparmaqda davam edir. Bu nu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, Rusiya böyük dövlətdir və bu ölkədə siyasi baxışlarına, əqidələrinə görə çox partiyalar var: "Onların hər birinin mövqeyi isə Rusiyanın dövlət başçısının mövqeyi ola bilməz: "Rusiyanın Azərbaycanla olan qarşılıqlı münasibətini Rusiya Prezidenti Vladimir Putin görüşlərində ifadə edir və bildirir. Rusiyanın Azərbaycana münasibəti iki ölkə arasında əməkdaşlıqla bəllidir. Erməni lobbisi Rusiyanın dövlət orqanlarında yerləşə biliblər və kimlərsə də erməni diasporlarının əsarəti altına düşərək onların sifarişi ilə danışır". E.Məmmədov əlavə edib ki, K.Zatulin də erməni lobbisinin, erməni pulunun girovuna çevrilmiş biridir və həmişə ermənipərəst mövqeyi ilə fərqlənib: "Təəssüf ki belə zatulinlər Rusiyada çoxdur. Hətta bu şəxs Dağlıq Qarabağa qanunsuz səfər etmişdi. O vaxt Azərbaycan bununla bağlı Rusiyaya rəsmi etirazını da bildirmişdi. Yəni Zatulin və onun kimilərin sərsəm bəyanatlarına görə biz Rusiya ilə münasibətlərimizi pozmalı deyilik. Rusiya və Azərbaycan arasında əməkdaşlıq bu gün yüksək səviyyədədir və bu münasibətlərə bu cür qüvvələr heç cür təsir edə bilməz. Düşünürəm ki, Zatulin barəsində Azərbaycanın aidiyyəti qurumları Rusiyaya müraciət edəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin