Suriya müxalifəti İdlibdən ağır texnikanı çıxarmağa başlayıb


Dünya 07 Okt 2018 09:06:00 348 0

Suriya müxalifəti İdlibdən ağır texnikanı çıxarmağa başlayıb

Suriya müxalifətinin silahlı dəstələrini birləşdirən "Milli azadlıq cəbhəsi" koalisiyası (MAC) Suriyanın şimalında yerləşən İdlib əyalətinin hərbsizləşdirilmiş zonasından ağır texnikanı çıxarmağa başlayıb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə şənbə günü AFP agentliyi məlumat yayıb.

"Cəbhə hərbsizləşdirilmiş zonadan ağır hərbi texnikanı çığarmağa başlayıb", - deyə koalisiya nümayəndəsi Naci Mustafa AFP-yə bildirib və koalisiyanın digər silahlarla zonada öz blokpostlarını saxlayacaq.