Vaşinqtonda Kavanonun təyinatına etiraz edən 164 nəfər saxlanıldı


Dünya 07 Okt 2018 08:58:00 325 0

Vaşinqtonda Kavanonun təyinatına etiraz edən 164 nəfər saxlanıldı

Şənbə günü Vaşinqtonun Kapitoliya polisi Brett Kavanonun ABŞ Ali Məhkəməsinin hakimi vəzifəsinə təsdiq edilməsinə qarşı çıxan 164 nəfəri saxlayıb.

Son.az Report-a istinadən xəbər verir ki, oktyabrın 6-da Senat Amerika prezidenti Donald Trampın dəstəklədiyi Kavanonu Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiq edib.

Polisin yaydığı bəyanata əsasən, insanlar ictimai qaydaları pozduqlarına görə saxlanılıblar. Onlardan bir qismi bunu birbaş səsvermənin getdiyi zalda edib. Senatda iclasa sədrlik edən vitse-prezident Mayk Pens bu səbəbdən proseduru bir neçə dəfə dayandıraraq mühafizəçilərdən etirazçıları zaldan bayıra çıxarmalarını xahiş etmək məcburiyyətində qalıb.