Yaponiyada fişəng festivalında 10 nəfər yanıq xəsarəti alıb


Dünya 07 Okt 2018 08:08:00 343 0

Yaponiyada fişəng festivalında 10 nəfər yanıq xəsarəti alıb

Yaponiyanın İbaraki preferekturasında keçirilən fişəng festivalında 10 nəfər yanıq xəsarəti alıb. Son.az Trend-ə istinadən bildirir ki, hadisə güclü külək səbəbindən baş verib. Göyə buraxılan fişənglərdən bəziləri qonaqların üstünə düşüb.

Xəsarət alanları vəziyyəti barədə məlumat verilmir. Festival havaya görə dayandırılıb.