Hindistan noyabrda İrandan neft alacaq


Dünya 07 Okt 2018 07:27:00 261 0

Hindistan noyabrda İrandan neft alacaq

Hindistan noyabr ayında İrandan neft satın alacaq.

Son.az Trend-ə istinadən bildirir ki, "İndian Oil" şirkəti və "Manqalor Neftayırma və Neft-Kimya" şirkəti gələn ay İrandan 9 milyon barel neft satın alacaq.

Bloomberq ötən həftə məlumat vermişdi ki, Hindistan noyabr ayında İrandan neft satın almaq istəmir və ehtimal ki, ABŞ-ın təzyiqinə təslim olacaq.