Demetdən Okanı qəzəbləndirəcək açıqlama


Digərləri 07 Okt 2018 07:00:00 234 0

Demetdən Okanı qəzəbləndirəcək açıqlama

Müğənni Demet Akalın verilişlərdən birinə telefon bağlantısı ilə qoşulub gözlənilməz açıqlama verib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, "Okan Kurtdan boşandınız. Çətin günləri necə keçirirsiniz" sualına belə cavab verib:

"Okan Kurt səhifəsi bağlandı. Bu haqda danışmaq istəmirəm. Bu günlərdə də heç ağlamadım. Amma nələr çəkdiyimi özüm bilirəm. İlk boşanan insan mən deyiləm ki, bunu da keçəcəyik. Hira boşanmadan sonra mənə gəldi. Uşağımın psixologiyası yaxşıdır. Atası da istədiyi vaxt gəlib görə bilər. Okanın da həyatına biri girər, biri çıxar, bu, mənə maraqlı deyil. İnstaqram səhifəsini də izləmirəm. Bəzən qadınların ona yazdığı mesajları mənə atırlar. xahiş etmişəm bir də belə bir şey eləməsinlər. O, artıq məni maraqlandırmır".