Görünməyən silah HAZIRLANIR Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ


Digərləri 07 Okt 2018 02:30:00 364 0

Görünməyən silah HAZIRLANIR  Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ

Alimlər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bioloji silah - genetik modifikasiya olunmuş virusun yayılması üçün həşəratların yaradılması üzərində iş aparmasına şübhə edirlər. İstehsalçıların özləri isə iddia edirlər ki, texnologiya bitkilərin xüsusiyyətlərinin yaxşılaşması üçün lazımdır və yalnız fayda üçün istifadə olunacaq.

Son.az xəbər verir ki, Fransada Təkamül Elmləri İnstitutu və Almaniya Frayburq Universitetinin alimlərinin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin silahlı qüvvələrdə istifadə üçün yeni texnologiyalar hazırlayan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) "Həşərat-müttəfiqlər" (Insect Allies) layihəsi çərçivəsində genetik modifikasiya olunmuş virusların yayılması üçün istifadə edilmiş ola bilərlər.

Alimlər öz qorxularını "Science" jurnalında dərc olunan məqalədə ifadə ediblər. Onların sözlərinə görə, bu, Bioloji silah haqqında Konvensiyanın pozulmasıdır.

"Insect Allies" proqramı bitkilərin genlərinin dəyişdirilməsi üçün həşəratlardan istifadəni nəzərdə tutur. Beləliklə, proqram iştirakçıları xəstəlik, quraqlığa və bitkilər üçün xarakterik olan digər təhlükələrə immunitet yaratmağa ümid edir. Bu sahədə araşdırmalar 2016-cı ildə başlanıb. Araşdırmalar üçün 45 milyon dollar ayrılıb.

Amma alimlərdə belə yanaşma şübhələrə səbəb olur ki, proqramla bağlı məlumatlar son dərəcə məhdud görünür.

"Konvensiya istənilən bioloji agentlərin hazırlanmasını qadağan edir. Hazırlanan metoda nəzarət etmək çətindir. Bundan başqa, virusları tozlandırma vasitəsilə bitkilərə calaq etmək daha sadə olacaq. Bu, qalan dövlətləri bioloji silahı hazırlamağa başlamağa vadar edə bilər", - tədqiqatın müəlliflərindən olan Silya Voenek bildirib.