"16 ildir uşaq həsrəti çəkirdim” Oksana Rəsulova VİDEO


Şou-biznes 06 Okt 2018 22:43:00 464 0

"16 ildir uşaq həsrəti çəkirdim”  Oksana Rəsulova  VİDEO

"X maqazin" verilişinin növbəti qonağı rəqqasə Oksana Rəsulova olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, yenicə ana olan Oksana hamiləlik müddətində nələr baş verdiyi haqda danışıb:

"Hamiləlik müddətində Türkiyəyə getmişdim. Sonra qayıtdım Azərbaycana. Anamgilin yanında Dəvəçidə qaldım. 9 ay ərzində tənqid də etdilər, təhqir də etdilər. Hamiləliyim çox qabarıq şəkildə təqdim edildi. Süni mayalanmadan doğulan uşaq atasız sayılmır. Elə ailələr var ki, sonsuzluq problemi olur və süni mayalanma üsuluna əl atırlar. Bu zaman ata və ana iştirak edir. Bizdə elə bir qanun yoxdur ki, süni mayalanma olsun, ana getsin, amma ata olmasın. Mütləq şəkildə nikah olmalıdır".

Övladına Osman adını verən rəqqasə onu qınayanlara bunları deyib:

"21-ci əsrdir. Hazırda çox adam bu üsula əl atır. Mən kövrəldim. Çünki bilirdilər ki, 16 ildir problem yaşayıram, uşaq həsrəti çəkirəm. Dünyada elə bir həkim qalmayıb ki, müraciət etməyim. Axı insanlar hardan bilir ki, bu nikahdan kənar uşaqdır. Bu nə dərəcədə düzgündür. Məndən soruşardılar bu barədə".

Oksana hazırda ailəli olduğunu bildirib:


Xəbərə aid video