Hansı adları şirkət adı olaraq istifadə etmək


Digərləri 06 Okt 2018 22:35:00 351 0

Hansı adları şirkət adı olaraq istifadə etmək

Hər hansı bir şirkətin adı onun imicini müəyyənləşdirən ən təməl ünsürlərdən biridir. Yəni, şirkətin taleyini müəyyən edən amillərin başında şirkətin adı gəlir. Bu səbəbdən də şirkətə ad verərkən diqqətli və ehtiyatlı davranmağınız lazımdır.

Məsələn, Google şirkətinin ilk adı "BackRub" idi.

Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Yahoo - nun ilk adı isə "Jerry's Guide to the World Wide Web" idi. Bu ad, şirkətin qurucusu Cerry Yang - ın adına görə seçilmişdi.

Günümüzdə isə şirkətlərə Oscar, Casper kimi insan adlarının verildiyini görürük.

Son.az banco.az-a istinadən bildirir ki, insanların qulağına aşina olan belə adlarla şirkətinizi adlandırmaq sərmayəçilərin və müştərilərin marağına səbəb ola bilər, ancaq şirkətə insan adı verməyin bəzi riskləri də var.

Odur ki, bugünkü məqaləmizdə sizə ad seçimində köməklik göstərəcək bəzi məqamları araşdırmışıq.

1. Seçdiyiniz ad başqa dillərdə vulqar məna kəsb edə bilər

Sizə normal gələn bir adın başqa bir dildə vulqar mənada işlədilmə ehtimalı olduğunu bilirsiniz. Bu səbəbdən də şirkətinizi beynəlxalq sferada tanıtmaq istəyirsinizsə, xarici dillərdə şirkətinizin adının hansı mənanı verdiyini yaxşı araşdırmalısınız.

2. Şirkətə insan adının qoyulması hüquqi problemlərə səbəb ola bilər

Şirkətinizə insan adı qoymaq istəyirsinizsə, bunun bəzi hüquqi problemləri də bərabərində gətirmə ehtimalını nəzərə almalısınız. Məsələn, bir kitabda və ya filmdə istifadə edilən obrazın adı istehsalçı və ya yayım şirkəti tərəfindən patentləşdirilmiş ola bilər. Odur ki, şirkətinizə əsərlərin və ya film-serial obrazlarının adlarını qoyarkən diqqətli olmaq məsləhətdir. Məsələn, Star Wars - ın istehsalçısı "Lucasfilm", Sabacc adında bir mobil tətbiq istehsal edən şirkətə məhkəmə işi açıb. Belə ki, "Lucasfilm" şirkətin adının Star Wars - dakı bir obrazın adı olduğunu iddia edib. Belə hadisələrdən sığortalanmaq üçün ehtiyatlı davranmalısınız.

3. Cari xəbərlərdən agah olmağa çalışın