Dünyanın ən bahalı brendləri hansıdır? –


Digərləri 06 Okt 2018 22:05:00 262 0

Dünyanın ən bahalı brendləri hansıdır? –

"Interbrand" agentliyi yeni düzəlişdə dünyanın ən bahalı brendlərinin reytinqini tərtib edib.

Son.az facemark.az-a istinadən bildirir ki, reytinqə "Apple" başçılıq edir. Markanın dəyəri bir ildə 16% artıb və ümumi dəyəri 200 milyard dolları aşıb. İkinci pillədə 155 milyard dollarlıq dəyəri ilə "Google" qərarlaşıb. Üçlüyü isə 101 milyard dollarlıq marka dəyəri ilə "Amazon" sonlandırıb. İlk üçlüyün ümumi marka dəyəri 500 milyard dollardır.

İlk onluğa, həmçinin "Microsoft", "Coca-Cola", "Samsung", "Toyota", "Mercedes-Benz", "Facebook", "McDonald's" və s. kimi markalar daxil olmağı bacarıb. Qiymətləndirməyə daxil olan markaların yarıdan çoxu texnologiya, avtomobil istehsalı, FMCG, maliyyə xidmətləri, lüks mallar aiddir.