Qırx günü tamam olmazdan əvvəl o evə getmək və uşağı görmək olmaz?


Digərləri 06 Okt 2018 22:10:00 260 0

Qırx günü tamam olmazdan əvvəl o evə getmək və uşağı görmək olmaz?

İslam dinində 40 ədədi ilə bağlı bəzi məlumatlar mövcuddur. Bu məlumatların bir hissəsi Qurana, bir hissəsi də hədislərə əsaslanır. Xalq içində yayılmış ənənəyə görə, körpə anadan olduqdan sonra 40 gün müddətində "çilə" (fars dilində "çehel", yəni "qırx" sözündəndir) saxlayır, bu müddət boyunca körpəli evə kiminsə qonaq gəlməsi xoş qarşılanmır, ananın da körpəni başqa yerə aparması bəyənilmir.

Son.az islam.az-a istinadən bildirir ki, qırx günün tamamında "çiləkəsdi" adlı mərasim keçirilir. Bunun şəriətdə və səhih dini mətnlərdə əsası yoxdur, milli adət-ənənədir. Zənnimizcə, qırx gün ərzində ananın və körpənin yad təmaslardan qorunması ananın doğuş zamanı yaşadığı psixoloji gərginliyin fəsad yaratmasının qarşısını almaq, orqanizmi bərkiməmiş körpəni yoluxucu viruslardan qorumaq məqsədi daşıyır.