Əməli dəyərli edən meyar nədir?


Digərləri 06 Okt 2018 21:50:00 403 0

Əməli dəyərli edən meyar nədir?

İslam dininin nəzərinə görə, əməlin özü təklikdə kifayət deyildir. Əslində əməlin mühərrik və hədəfə ehtiyacı vardır. Bəzən görürük ki, insanlar məktəb, xəstəxana inşa edir, başqa xeyriyyəçi işlər görürlər və zahirdə özlərini elə göstərirlər ki, niyyətləri - yalnız insanlığa xidmət etməkdir. Halbuki, bu niyyətin altında başqa niyyətlər gizlənir. Ya malını artırmaq istəyir, ya şöhrət və məqam istəyir, ya da insanların gözünə girmək istəyir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq bu insanlardan fərqli olaraq, bəzi insanlar kiçik işlər görsələr də, onların bu əməldəki niyyətləri xalis olar. Yəni, ancaq Allah rizasını qazanmaq üçün olar. Bu əməl kiçik olmasına baxmayaraq, o biri böyük əməllərdən dəyərli hesab olunur. Çünki, niyyəti xalisdir. Ona görə də deyə bilərik ki, əmələ dəyər verən meyar onun niyyət və hədəfidir.

İmam Əli (ə) bu haqda buyurur: "Niyyət - əməlin bünövrəsidir".