Yevlaxda 60 yaşlı kişini maşın vurub


Digərləri 06 Okt 2018 21:44:00 232 0

Yevlaxda 60 yaşlı kişini maşın vurub

Yevlax şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin Füzuli küçəsində yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Məmmədov Qədir Məmməd oğlunu maşın vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.