Çiməndə dəstəmaz və yaxud qüsl almaq olarmı?


Digərləri 06 Okt 2018 21:45:00 407 0

Çiməndə dəstəmaz və yaxud qüsl almaq olarmı?

Şəriətə görə dəstəmazı və qüslü hər zaman almaq olar. Amma çimən zaman dəstəmaz almaq müəyyən çətinliklər yaradır. Çünki dəstəmaz alarkən məsh çəkilən, yəni yaş əl sürtülən bədən üzvlərinin səthi (başın ön hissəsi və ayaqların üstü) quru olmalıdır. Son.az islam.az-a istinadən bildirir ki, məsh çəkərkən əli təzədən islatmaq da olmaz. Yəni sifəti, sağ və qol qolları yuduqdan sonra əllərdə qalan nəmliklə məsh çəkilməlidir. Çimən zaman dəstəmaz almaq istəyən adam yuxarıdakı şərtləri gözləməlidir. Yəni qollarını yuduqdan sonra bir daha islatmamalı, saçını və ayaqlarının üstünü məsh etməzdən əvvəl qurutmalıdır. Əks halda, dətəmaz batil sayılar. Çimən zaman bu qaydalara riayət etmək çox çətindir, ona görə də dəstəmazı çimməzdən əvvəl və ya çimib qurulandıqdan sonra almaq məsləhətdir.

Yuxarıda deyilən şərtlərin heç biri qüsl üçün tələb edilmədiyindən, çimən zaman qüsl almağın maneəsi yoxdur. Kifayətdir ki, qüslün qaydası düzgün yerinə yetirilsin.